Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 45 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə ümumilikdə 577 min manat vəsait daxil olub.
Crossmedia.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,8 % çoxdur.
Bundan başqa, 7 ayda Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 115 yeni müqavilə bağlayıb. Bunlardan 80-i qeyri-yaşayış, 35-i isə torpaq sahələrinə aid olub. Həmçinin 149 icarə müqaviləsinin müddəti uzadılıb.(Report)
14:49 21.08.2026
Oxunuş sayı: 46