20:58 07.11.2026
İranlı rəsmidən ABŞ-a sərt mesaj: Müharibəyə başlasanız, ağır cavab alacaqsınız
62
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-a qarşı sərt bəyanatla çıxış edərək, Vaşinqtonu yeni müharibəyə başlamamağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Rzayi bu barədə açıqlama yayıb.
O, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin mövqeyini dəyişdiyini, dövlət katibi Marko Rubionun vəzifədən getməyə hazırlaşdığını, müdafiə naziri Pit Heqsetin isə işdən çıxarılmaq üzrə olduğunu iddia edib. Rzayi, həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərinin artıq podkast aparıcısına çevrildiyini bildirib.
İranlı rəsminin sözlərinə görə, Vaşinqtonda bu mesajı kimə çatdırmaq lazım olduğu aydın deyil. O, ABŞ-ı müharibəyə başlayacağı təqdirdə dağıdıcı cavabla üzləşəcəyi barədə xəbərdar edib.