Polşadan Rusiyaya münasibətlərin bərpası üçün ŞƏRT
Polşa Rusiya ilə münasibətləri yalnız Moskva Ukraynaya qarşı müharibəni dayandırdıqdan sonra bərpa etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bu barədə açıqlama verib.
“Rusiya müharibəni başa çatdıranda biz də münasibətləri bərpa edəcəyik”, – deyə nazir bildirib.
Sikorski Polşanın xarici siyasətinin Rusiyanın atacağı addımlardan asılı olaraq dəyişə biləcəyini vurğulayıb.
“Qarşı tərəf öz siyasətini dəyişəndə biz də öz siyasətimizi dəyişirik”, – deyə o əlavə edib.
Beləliklə, Polşanın xarici işlər naziri Moskva ilə münasibətlərin normallaşmasını Ukraynadakı müharibənin başa çatması ilə əlaqələndirib.
14:26 07.11.2026
Oxunuş sayı: 103