CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: müşahidə kameraları

16:43 24.09.2026

Sizi izləyən kameraları necə tapmaq olar?

57

ABŞ-da süni intellekt əsaslı müşahidə sistemlərinin genişlənməsi vətəndaşların şəxsi həyatının toxunulmazlığı ilə bağlı yeni müzakirələrə səbəb olub. Crossmedia.az xəbər verir ki, Nyu-Yorkda polis tərəfindən istifadə olunan “Domain Awareness System” adlı platforma şəhərdəki on minlərlə kameranı digər məlumat mənbələri ilə birləşdirərək geniş müşahidə imkanları yaradır. Məqalədə bildirilib ki, sistemə 80 mindən çox kamera, dronlar, sosial media məlumatları və avtomobillərin hərəkətini izləyən texnologiyalar daxildir. Nyu-Yorkdakı Surveillance Technology Oversight Project təşkilatının icraçı direktoru Michelle Dahl bildirib ki, bu infrastrukturu gündəlik həyatda fərq etmək çətindir, lakin şəhərin bir çox nöqtəsində polisə məxsus kiçik kameralar yerləşdirilib. Məqalədə qeyd olunur ki, şəhərdə yalnız dövlət qurumlarına deyil, biznes obyektlərinə və fərdi şəxslərə məxsus çoxsaylı kameralar da mövcuddur. Polis araşdırmalar zamanı bu görüntüləri sahiblərindən əldə edə bilər, bəzi sistemlərdə isə görüntülərin hüquq-mühafizə orqanlarına ötürülməsi üçün avtomatlaşdırılmış mexanizmlər mövcuddur. ABŞ-da müzakirələrin mərkəzində olan şirkətlərdən biri “Flock Safety”dir. Şirkətin məlumatına görə, onun 6 min icmada 100 mindən çox kamerası fəaliyyət göstərir və sistemlər hər ay avtomobilləri təxminən 20 milyard dəfə qeydə alır. Şirkət həmçinin sifətin tanınması texnologiyaları təqdim edir. Tənqidçilər bu texnologiyaların sui-istifadə risklərinə diqqət çəkirlər. Məqalədə ən azı 46 halda hüquq-mühafizə əməkdaşlarının Flock sistemlərindən icazəsiz məqsədlərlə istifadə etdiyi barədə məlumatların yayıldığı qeyd olunur. Flock isə belə halları qəbuledilməz adlandırıb və əlavə təhlükəsizlik tədbirləri tətbiq etdiyini bildirib. Müşahidə sistemlərinin tərəfdarları isə bu texnologiyaların itkin düşən şəxslərin tapılmasına, ağır cinayətlərin açılmasına və oğurlanmış avtomobillərin aşkarlanmasına kömək etdiyini bildirirlər. NYPD də müşahidə texnologiyalarından qanuna uyğun və ehtiyatla istifadə etdiyini açıqlayıb. Vətəndaşlar yaşadıqları ərazidə hansı müşahidə sistemlərinin mövcud olduğunu müəyyən etmək üçün “Atlas of Surveillance” və “DeFlock” kimi açıq xəritələrdən istifadə edə bilərlər. Bu platformalar müxtəlif şəhərlərdə yerləşən kameralar və digər müşahidə texnologiyaları haqqında məlumat təqdim edir. Məqalədə vurğulanır ki, məsələ yalnız ABŞ-la məhdudlaşmır. Böyük Britaniyada da üz tanıma sistemlərinin istifadəsi genişlənir və bu texnologiyalar həm cinayətlərin açılmasında effektiv vasitə, həm də şəxsi həyat üçün risk kimi müzakirə olunur.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR