12:59 14.08.2026
Bir sıra qanunlar "Toxumçuluq haqqında" qanuna uyğunlaşdırılıb
38
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi bir sıra qanunların "Toxumçuluq haqqında" qanuna uyğunlaşdırılmasını nəzərdə tutan qanunu təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, söhbət "Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" qanunlardan gedir.
Uyğunlaşdırma aşağıdakıları nəzərdə tutur:
- seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusunu özündə əks etdirən informasiya sisteminin (Reyestrin) "Seleksiya nailiyyətləri haqqında" qanunda təsbit edilməsi;