Süni intellekt 22 illik riyaziyyat problemini 16 saata həll etdi
Çinli neyrocərrah Tszyan Şanmu süni intellektin köməyi ilə 2004-cü ildən üzərində çalışılan Kruaze hipotezini sübut edib. O, riyaziyyat üzrə ixtisaslaşmış təhsil almasa da, məsələni əsasən özü öyrənib.
Crossmedia.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb. Bildirilir ki, süni intellekt modelinin üzərində təxminən 16 saat avtonom işlədiyi məsələ ilə bağlı hazırladığı sübut hipotezin müəllifi Mişel Kruaze və digər riyaziyyatçılar tərəfindən yoxlanılıb.
Mütəxəssislər sübutun düzgünlüyünü təsdiqləsələr də, elmi işin formal resenziya prosesi hələ tamamlanmayıb. Tszyan Şanmu isə bu riyaziyyat sahəsinə transkranial ultrasəslə bağlı problemi həll etməyə çalışarkən maraq göstərməyə başlayıb.
18:43 16.08.2026
Oxunuş sayı: 49