Rusiyada yanacaq həyəcanı: Hökumət təcili tədbirlərə başladı
Rusiya Baş nazirinin müavini Aleksandr Novak yanacaq təminatında çətinlik yaşayan regionlar üçün əlavə tədbirlərin görülməsi barədə tapşırıq verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rusiya hökumətindən verilən məlumata görə, Novak aidiyyəti qurumlara və neft hasilatı şirkətlərinə yanacaq təminatının sabitləşdirilməsi üçün əlavə addımlar atmağı tapşırıb.
Qeyd olunur ki, tədbirlər yanacaqla bağlı vəziyyətin gərgin olduğu bölgələrdə təchizatın yaxşılaşdırılmasına yönəlib.
23:55 14.08.2026
Oxunuş sayı: 55