Güclü leysan Tbilisini iflic etdi: küçələri su basıb
Güclü yağış və ildırım Tbilisidə ciddi fəsadlara səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Şiddətli leysan nəticəsində Gürcüstan paytaxtında küçələr, sahilboyu ərazilər və əsas yollar su altında qalıb. Sürücülər hərəkətdə çətinliklərlə üzləşib.
Məlumata görə, şəhərin bəzi rayonlarında elektrik enerjisinin verilişi də dayanıb.
Hazırda aidiyyəti qurumlar vəziyyətin aradan qaldırılması və fəsadların minimuma endirilməsi üçün tədbirlər görür.
23:52 14.08.2026
Oxunuş sayı: 39