Reflünün gizli əlamətləri: Səs tutulması və öskürəyə diqqət
Reflü yalnız mədə yanması və ağızda turş dadla özünü göstərmir. Bəzi insanlarda xəstəlik uzunmüddətli səs tutulması, xroniki öskürək, boğaz ağrısı və udma çətinliyi kimi əlamətlərlə ortaya çıxa bilər. Mütəxəssislər xüsusilə davamlı xarakter alan bu şikayətlərin diqqətdən kənarda saxlanılmamasını tövsiyə edir.
Crossmedia.az xəbər verir ki, reflü mədə möhtəviyyatının qida borusuna geri qayıtması nəticəsində yaranır. Mütəxəssislərin sözlərinə görə, səhərlər daha çox hiss edilən səs tutulması, boğazda narahatlıq, xroniki öskürək və udma çətinliyi də reflü ilə əlaqəli ola bilər.
Müalicə xəstənin şikayətlərinə uyğun müəyyənləşdirilir və qidalanma ilə həyat tərzində dəyişikliklər, zəruri hallarda isə dərman və endoskopik üsullar tətbiq edilə bilər. Gec saatlarda yemək yeməmək, yeməkdən dərhal sonra uzanmamaq və çəkiyə nəzarət etmək şikayətlərin azalmasına kömək edə bilər.
17:53 14.08.2026
Oxunuş sayı: 41