Latviyanın hava məkanına daxil olan PUA vurulub
Latviyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatı NATO qüvvələrinə məxsus döyüş təyyarələri tərəfindən vurulub.
Crossmedia.az xəbər verir ki, NATO sözçüsü Allison Hart hadisə ilə bağlı açıqlamasında İttifaqın mümkün təhdidlərə qarşı 24 saat hazır vəziyyətdə olduğunu bildirib.
Hartın sözlərinə görə, Litvada yerləşən İtaliya Hərbi Hava Qüvvələrinin “Eurofighter” təyyarələri və Estoniyadan qalxan Türkiyəyə məxsus F-16-lar Latviyanın hava məkanına daxil olan PUA ilə əlaqədar havaya qaldırılıb. O, PUA-nın daha sonra uğurla vurulduğunu qeyd edib.
Latviya Silahlı Qüvvələri də hava məkanında təhlükənin qeydə alındığını və vətəndaşlara qapalı məkanlara keçmək barədə xəbərdarlıq edildiyini açıqlayıb. PUA-nın hansı istiqamətdən uçduğu barədə məlumat verilməyib.
16:42 14.08.2026
Oxunuş sayı: 48