KİV: Putinin Kuril adasına səfərinin əsl məqsədi açıqlanıb
Rusiya Prezidenti Vladimir Putinin avqustun 13-də Yaponiyanın da iddia etdiyi İturup adasına səfərinin əsas məqsədinin Tokionun müdafiə siyasətinə cavab vermək olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, “RBC-Ukrayna” bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatına istinadən məlumat yayıb.
ISW analitiklərinin fikrincə, səfər Yaponiyanın avqustun əvvəlində yayımladığı və Rusiyanı ölkənin əsas təhlükələrindən biri kimi göstərən 2026-cı il Müdafiə üzrə Ağ Kitabına Kremlin cavabı ola bilər. Putinin səfər zamanı Saxalin vilayətinin qubernatoru Valeri Limarenko, Rusiya Sakit Okean Donanmasının komandanı admiral Viktor Liina və digər hərbi rəsmilərlə görüşdüyü bildirilib.
15:41 14.08.2026
Oxunuş sayı: 49