Putinin Kuril səfəri Yaponiyanı narazı saldı – Rusiya sərt cavab verib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyanın Kuril adaları ilə bağlı açıqlamalarını hüquqi baxımdan əhəmiyyətsiz adlandırıb.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Zaxarova bildirib ki, Rusiyanın Kuril adaları üzərində suverenliyi və yurisdiksiyası şübhə doğurmur.
O, Yaponiyanın Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfəri ilə bağlı şərhlərinin Moskvada son dərəcə narazılıq doğurduğunu qeyd edib.
23:22 13.08.2026
Oxunuş sayı: 50