Yaponiya Putinin Kuril səfərinə etiraz edib
Yaponiya Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarından biri olan İturupa səfəri ilə bağlı Rusiyaya kəskin etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin saytında dərc olunan bəyanatda Putinin İturup adasına səfərinə görə Yaponiya hökumətinin “qəti etiraz” ifadə etdiyi bildirilib.
10:39 13.08.2026
Oxunuş sayı: 47