Dronlardan sikkələrlə doldurulmuş partlayıcılar atılıb
Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində dronların köməyi ilə bir qrivnalıq sikkələrlə doldurulmuş partlayıcı qurğular atdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Kaxovka dairəsinin rəhbəri Pavel Filipçukun açıqlamasına istinadən məlumat yayıb.
Filipçukun sözlərinə görə, Kaxovka dairəsində mühəndis-kəşfiyyat işləri aparan minatəmizləmə qrupları partlayıcı maddə, elektrik detonatoru və nominal dəyəri bir qrivna olan Ukrayna sikkələri ilə doldurulmuş plastik kustar partlayıcı qurğular aşkarlayıblar.
Onun sözlərinə görə, sikkələr qurğularda kumulyativ oyuq və zədələyici element kimi istifadə olunur. Yerli minaaxtaranların bu tip sursatları zərərsizləşdirdiyi bildirilib.
Daha əvvəl Ukrayna hərbçilərinin Sevastopola hücum zamanı zədələyici elementlərlə təchiz edilmiş pilotsuz uçuş aparatından istifadə etdiyi bildirilmişdi. Partlayış nəticəsində xəsarət alan olmayıb, lakin beş avtomobilə və yaşayış binasının pəncərələrinə ziyan dəyib.
17:33 27.09.2026
Oxunuş sayı: 47