Mescid-i Aksaya 1143 israilli daxil olub
1143 israilli yəhudi dini bayramın ikinci günündə İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdə yerləşən Mescid-i Aksaya daxil olub.
Crossmedia.az xəbər verir ki, “TRT Haber” bu barədə Qüds Valiliyinin açıqlamasına istinadən məlumat yayıb.
Qüds Valiliyinin məlumatına görə, israillilər qruplar şəklində Məğaribə qapısından Mescid-i Aksanın həyətinə daxil olaraq dini ayinlər və Talmud ritualları həyata keçiriblər.
Bildirilib ki, israillilər məscidin həyətinə bitki mənşəli nəzir əşyaları da keçiriblər. Valilik İsrail polisinin buna mane olmadığını bildirib.
Məlumata görə, Mescid-i Aksanın həyətində dua edilməsi, rəqs halqalarının yaradılması və digər dini mərasimlərin keçirilməsi də müşahidə olunub.
Qüds İslami Vəqflər İdarəsinin məlumatına görə, israillilər 2003-cü ildən etibarən İsrail polisinin müşayiəti ilə Mescid-i Aksaya daxil olurlar.
15:18 27.09.2026
Oxunuş sayı: 49