Dron hücumunda qadın ağır yaralanaraq ölüb
Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində Belqorod vilayətində bir qadın ağır yaralanaraq xəstəxanada həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə vilayətin operativ qərargahının “Telegram” kanalına istinadən məlumat yayıb.
Məlumata görə, Berезovka kəndinə hücum zamanı partlayıcı qurğunun detonasiyası nəticəsində qadın ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Belqoroda pilotsuz uçuş aparatı ilə hücumu zamanı inzibati binanın dam örtüyü və şüşələri, yaşayış evlərinin pəncərələri və avtomobilə ziyan dəyib.
Operativ qərargahın məlumatına görə, Krasnaya Yaruga qəsəbəsi də FPV-dronla hücuma məruz qalıb və nəticədə infrastruktur obyektinə ziyan dəyib.
Daha əvvəl Xerson vilayətində kafeyə endirilən zərbə nəticəsində iki gənc qadının öldüyü, daha iki nəfərin isə ağır yaralandığı bildirilmişdi.
18:24 27.09.2026
Oxunuş sayı: 47