Almaniya və Rusiya XİN rəhbərləri yenidən danışıqlara hazırlaşır
Almaniyanın xarici işlər naziri İohan Vadeful Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların keçirilməsini istəyib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya istinadən məlumat yayıb.
Zaxarovanın sözlərinə görə, Vadeful Lavrovla görüş tələbini diplomatik fəallıq nümayiş etdirmək və Almaniya kansleri Fridrix Mertsin reytinqini düzəltmək məqsədilə irəli sürüb.
Qeyd edək ki, Lavrov və Vadeful sentyabrın 27-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində qapalı formatda görüş keçiriblər. Görüş təxminən 20 dəqiqə davam edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın Avropa ilə münasibətləri bərpa etməyə hazır olduğunu bildirib. Putin 2025-ci ilin dekabrında isə Avropa ölkələrinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara qayıda biləcəyini, bunun üçün onların “yerdəki reallıqları” nəzərə almalı olduqlarını deyib.
17:17 27.09.2026
Oxunuş sayı: 41