AMEA nümayəndələri Zəfər parkını ziyarət etdi
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların rəhbərləri və gənc alimlər 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, elmi ictimaiyyətin nümayəndələri Zəfər abidəsinin önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
18:00 27.09.2026
Oxunuş sayı: 43