İran Hörmüz boğazını açmaq üçün ABŞ-dan 4 şərt irəli sürdü
İran ABŞ-ın müəyyən şərtləri yerinə yetirməsi halında Hörmüz boğazının açılmasına hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi NBC News-a müsahibəsində Tehranın təklifinin aydın olduğunu bildirib. O qeyd edib ki, söhbət İranın hüquqlarına hörmət edilməsindən gedir və bu şərtlər yeni deyil.
Əraqçinin sözlərinə görə, Tehran müharibənin başa çatmasını istəyir. O, İranın xaricdə dondurulmuş aktivlərinin blokdan çıxarılmasını və ölkənin neftini sata bilməsinə imkan yaradılmasını tələb edib.
İran xarici işlər naziri həmçinin ABŞ-nin əvvəlki razılaşmalar çərçivəsində üzərinə götürdüyü müəyyən öhdəlikləri yerinə yetirməsini istəyib. İranın təqdim etdiyi plana əsasən, şərtlər qəbul edilərsə, Hörmüz boğazında normal gəmiçilik yeddi gün ərzində bərpa oluna bilər.
19:59 27.09.2026
Oxunuş sayı: 48