Burhanəddin Duran: Qarabağın azadlığı uğrunda mübarizə cəsarət və fədakarlıq nümunəsidir
Qarabağın azadlığı uğrunda aparılan mübarizə yaxın tariximizdə cəsarətin, fədakarlığın və Vətən sevgisinin yaddaşlara həkk olunan ən güclü nümunələrindən biri olub.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
O, 27 Sentyabr – Anım Günündə şəhidləri yad edib:
"Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Can Azərbaycanın qəhrəman övladlarını rəhmət və minnətdarlıqla yad edir, qazilərimizə təşəkkür edirəm.
"İki dövlət, bir millət" anlayışı ilə sevincdə və kədərdə bir olduğumuz qardaş Azərbaycanla mənəvi bağlarımız, ortaq tariximiz və qardaşlığımız daim var olsun. Qarabağ Azərbaycandır!"
15:45 27.09.2026
Oxunuş sayı: 49