Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.
Crossmedia.az -ın məlumatına görə, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur.
Əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.
16:02 27.09.2026
Oxunuş sayı: 46