Magistraturaya qəbul olunanlara ŞAD XƏBƏR – qeydiyyat müddəti uzadıldı
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.
Elm və Təhsil Nazirliyindən Crossmedia.az-a verilən məlumata görə, qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.
17:07 12.08.2026
Oxunuş sayı: 45