Ermənistan deputatından Bakı ilə bağlı mesaj: Birgə fəaliyyət normal haldır
Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Eqoyan azərbaycanlı enerji mütəxəssislərinin Ermənistan ərazisinə səfər etməsi barədə məlumatının olmadığını bildirib, lakin bu ehtimalı istisna etməyib.
Crossmedia.az xəbər verir ki, Eqoyan bu barədə brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin TRIPP layihəsi çərçivəsində azərbaycanlı mütəxəssislərin Ermənistan ərazisində araşdırma apardığı barədə açıqlamasını şərh edərkən danışıb.
Deputatın sözlərinə görə, regional kommunikasiyaların açılması prosesində tərəflərin birgə kompleks texniki işlər aparması, o cümlədən ərazinin və landşaftın öyrənilməsi zəruridir.
Eqoyan azərbaycanlı və erməni mütəxəssislərin birgə fəaliyyət göstərməsinin normal hal olduğunu vurğulayıb.
16:04 12.08.2026
Oxunuş sayı: 38