Süni intellekt yarışında tarixi addım: Nvidiada 500 milyard dollarlıq layihə
Nvidia süni intellekt infrastrukturu layihələrinin maliyyələşdirilməsi üçün 500 milyard dollardan çox özəl kapital cəlb etməyi planlaşdırır.
Crossmedia.az “Reuters”ə istinadən xəbər verir ki, Nvidia altı iri maliyyə şirkəti ilə birlikdə süni intellekt infrastrukturu üçün maliyyələşdirmə platformaları yaradacaq.
Tərəfdaşlar cəlb ediləcək vəsaiti yeni məlumat mərkəzlərinin tikintisinə və hesablama imkanlarının genişləndirilməsinə yönəltməyi planlaşdırırlar.
Məlumata görə, layihə süni intellekt texnologiyalarına artan tələbat fonunda hesablama gücünün artırılmasına xidmət edəcək.
21:19 11.08.2026
Oxunuş sayı: 72