Putin Rusiyanın tam yerli istehsalı olan nəhəng elmi komplekslə tanış olub
Rusiya Prezidenti Vladimir Putin Novosibirskə işgüzar səfəri çərçivəsində tamamilə Rusiya istehsalı olan Sibir Halqavari Foton Mənbəyi (SKIF) meqaelmi kompleksinə baş çəkib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən güclü hissəcik sürətləndiricilərindən biri hesab olunan kompleksin 2026-cı ilin sonlarında fəaliyyətə başlaması planlaşdırılır.
Putinin sözlərinə görə, bəzi xarici tərəfdaşlar kompleks üçün avadanlıq tədarükündən imtina edib.
Bu səbəbdən Rusiya öz daxili imkanlarını gücləndirməli və 30 kritik avadanlıq növünü müstəqil şəkildə hazırlamalı olub.
Rusiya liderinin sözlərinə görə, bu vəziyyət SKIF-in istifadəyə verilməsini gecikdirsə də, ölkəyə texnoloji suverenliyini gücləndirməyə və əlavə texnoloji təcrübə əldə etməyə imkan verib.
Sibir Halqavari Foton Mənbəsi təxminən 90 min kvadratmetr ərazini əhatə edən 34 bina, qurğu, mühəndislik və texnoloji avadanlıq kompleksindən ibarətdir.
Kompleks sinxrotron şüalanma dəstələri ilə elmi tədqiqatların aparılması üçün istifadə olunacaq. SKIF Rusiyanın ən böyük tədqiqat infrastrukturu layihələrindən biri hesab edilir.
20:49 11.08.2026
Oxunuş sayı: 60