Putin Rusiyada gələcəyin texnologiyalarının inkişafını sürətləndirməyə çağırıb
Rusiya Prezidenti Vladimir Putin ölkədə gələcəyin texnologiyalarının hazırlanması və tətbiqinin sürətləndirilməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Putin bu barədə Novosibirskdə keçirdiyi Elm və Təhsil Şurasının iclasında danışıb.
Dövlət başçısı Rusiya biznesini qabaqcıl elmi texnologiyaların sifarişçisi kimi çıxış etməyə çağırıb. O, həmçinin regionlarda elmi kadrların hazırlanması üçün güclü universitet mərkəzlərinin yaradılmasını tapşırıb.
Putin “meqasayens” infrastrukturunun ölkənin süni intellekt texnologiyalarının inkişafına xidmət etməli olduğunu bildirib. Həmçinin Rusiyada elmi tədqiqatların nəticələri ilə bağlı məlumatların qorunmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın suverenliyi və inkişafı, o cümlədən müdafiə sahəsində imkanları innovasiyaların tətbiq sürətindən asılıdır.
Prezident ölkənin genetik resurs mərkəzlərinin fəaliyyətinə də xüsusi diqqət yetirilməsinə çağırıb.
Bundan başqa, Sibir Halqavari Foton Mənbəsi (SKİF) sinxrotronunun ilk tədqiqat stansiyalarının 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.
14:51 11.08.2026
Oxunuş sayı: 74