Türkiyə-Azərbaycan Universitetində yeni təhsil imkanları
Türkiyə-Azərbaycan Universiteti Türkiyənin aparıcı ali məktəblərinin akademik təcrübəsini Azərbaycanda yeni təhsil imkanları ilə birləşdirir.
Crossmedia.az xəbər verir ki, Türkiyə-Azərbaycan Universiteti bu barədə məlumat yayıb.
Universitet Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universitetinin tədris proqramları əsasında, Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşlığı ilə fəaliyyət göstərir.
Universitetdə tədris ingilis dilində aparılır. Tələbələrə iki diplom əldə etmək imkanı, müasir laboratoriyalardan istifadə, beynəlxalq akademik mühitdə təhsil və sənaye təcrübəsi imkanları təqdim olunur.
Layihə Türkiyə və Azərbaycanın ali təhsil sahəsində əməkdaşlığının inkişafına, beynəlxalq akademik təcrübənin ölkədə tətbiqinə və tələbələrin qlobal əmək bazarına hazırlığına yönəlib.
13:03 11.08.2026
Oxunuş sayı: 69