Zelenski ABŞ-dən yeni hava hücumundan müdafiə raketləri gözlədiyini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Mixail Drapatı ilə raketdən müdafiə sistemlərinin gücləndirilməsi və ABŞ-dən yeni hava hücumundan müdafiə raket paketlərinin alınması məsələlərini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə "Telegram" kanalında məlumat yayıb.
Ukrayna liderinin sözlərinə görə, görüş zamanı Ukrayna Silahlı Qüvvələrində həllini tələb edən kadr məsələləri də müzakirə olunub.
Zelenski, həmçinin Yaroslavl Neft Emalı Zavoduna endirilən zərbələrin "yaxşı nəticələr" verdiyini bildirib və bu istiqamətdə əməliyyatların davam etdiyini qeyd edib.
17:59 07.08.2026
Oxunuş sayı: 117