Ukrayna dronları Moskva vilayətinə hücum edib
Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Moskva vilayətinə hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, dronlardan biri Çexov şəhərində çoxmərtəbəli yaşayış binasına çırpılıb.
Digər pilotsuz uçuş aparatı isə Çexovda yerləşən "Qidrostalkonstruksiya" QSC-nin ərazisindəki boru xəttinə zərbə endirib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
09:12 28.07.2026
Oxunuş sayı: 65