Tacikistanda hicab, saqqal və ərəb geyimlərinə qadağa qoyulub
Tacikistanda geyim və xarici görünüşlə bağlı yeni məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ölkə hakimiyyəti milli ənənələrə uyğun olmadığını hesab etdiyi bəzi geyim növlərinə qadağa qoyub. Qadağalar arasında bəzi ərəb geyimləri, o cümlədən qara hicablar, eləcə də onların ölkəyə gətirilməsi də yer alıb.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının saqqal saxlayan kişilərə nəzarəti gücləndirdiyi bildirilir. Hakimiyyət saqqalı bəzi hallarda dini ekstremizmlə əlaqələndirir.
Yeni qaydalar ölkədə xarici görünüş və geyim üzərində nəzarətin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir.
23:43 27.07.2026
Oxunuş sayı: 38