İran İraq Kürdüstanında silahlı qruplaşmaların mövqelərinə PUA zərbələri endirib
İran Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə İraq Kürdüstanı ərazisində fəaliyyət göstərən kürd müxalif silahlı qruplaşmalarının hərbi obyekt və düşərgələrinə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, zərbələr Ərbil yaxınlığındakı ərazilərə endirilib.
Hadisə yerində fövqəladə və aidiyyəti xidmətlərin işlədiyi, dağıntıların miqyasının və infrastruktura dəyən ziyanın qiymətləndirildiyi bildirilir.
Hücum nəticəsində ölən və yaralananların olub-olmaması ilə bağlı məlumatlar isə hələlik dəqiqləşdirilir.
16:52 27.07.2026
Oxunuş sayı: 55