Putin: Rusiya iqtisadiyyatı Avropada birincidir
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkə iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə dünyada dördüncü, Avropada isə birinci yeri tutur.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Putinin sözlərinə görə, Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti göstəricisinə əsasən dünyada dördüncü, Avropada isə lider mövqeyini qoruyur.
Prezident eyni zamanda ölkədə inflyasiyanın artması ilə bağlı müəyyən risklərin mövcud olduğunu etiraf edib. Bununla belə, o vurğulayıb ki, Rusiyanın maliyyə və iqtisadi sistemi dayanıqlığını qoruyur.
16:19 27.07.2026
Oxunuş sayı: 48