İspaniya "iqlim sığınacaqları" üçün 10 milyon avro ayırır
İspaniya hökuməti yeni "iqlim sığınacaqları"nın yaradılması üçün 10 milyon avro vəsait ayıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes "X" sosial şəbəkəsində paylaşım edib.
Bu sığınacaqlar insanların güclü istilər və digər ekstremal hava hadisələri zamanı təhlükəsiz məkanlarda mühafizə olunmasına xidmət edəcək.
Sançes bildirib ki, hökumət həmçinin kənd və şəhərlərin ekoloji keçidə hazırlanması üçün əlavə 9 milyon avro maliyyə ayıracaq.
Qeyd edək ki, İspaniya hakimiyyəti meşə yanğınları ilə əlaqədar Madrid muxtar icması və Kastiliya və Leon muxtar icmasının Avila vilayətində fövqəladə vəziyyət elan edib. Yanğınların yayılması səbəbindən təxminən 11,5 min nəfər təxliyə olunub.
16:37 27.07.2026
Oxunuş sayı: 58