Rusiya: Gecə ərzində 276 Ukrayna PUA-sı məhv edilib
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 276 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Gazeta.ru" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hava hücumundan müdafiə vasitələri təyyarə tipli 276 Ukrayna pilotsuz uçuş aparatını aşkar edərək məhv edib.
Bildirilib ki, pilotsuz uçuş aparatlarının bir hissəsi Yaroslavl, Kursk, Oryol, Belqorod, Ulyanovsk, Penza, Rostov, Tula, Bryansk, Voronej, Nijni Novqorod və Kaluqa vilayətləri üzərində vurulub.
Həmçinin bir neçə PUA Qara dəniz və Azov dənizi akvatoriyasında zərərsizləşdirilib. Qalan pilotsuz uçuş aparatlarının isə Krım, Moskva vilayəti, Udmurtiya, Krasnodar diyarı və Tatarıstan üzərində məhv edildiyi bildirilib.
10:54 27.07.2026
Oxunuş sayı: 53