Aİ Rusiya qazından tam imtina etməyə hazırlaşır
Avropa İttifaqı qarşıdakı altı ay ərzində Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını tam dayandırmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, Aİ bu addımla Rusiyanın enerji gəlirləri hesabına hərbi fəaliyyətini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağı hədəfləyir.
Məlumata görə, Avropa keçid dövründə ABŞ-dan LNG idxalını əhəmiyyətli dərəcədə artırıb. Bununla belə, Avropa rəsmiləri Rusiyadan asılılığı aradan qaldırarkən ABŞ-dan enerji asılılığının artmasından da narahatdırlar. Bu səbəbdən Avropa Komissiyası qitənin bərpa olunan enerji mənbələrinə keçidini sürətləndirməyi nəzərdə tutan elektrikləşdirmə planı hazırlayıb. Bu təşəbbüsün enerji təhlükəsizliyini gücləndirməsi, istixana qazı emissiyalarını azaltması və enerji xərclərini aşağı salması gözlənilir.
18:55 26.07.2026
Oxunuş sayı: 71