KİV: ABŞ-ni narahat edən raket daha təhlükəli hala gəlib
İranın ən güclü raketlərindən biri hesab edilən “Xaybərşekan” raketinin daha da təhlükəli olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The Wall Street Journal˝ yazıb.
Nəşrin məlumatına görə, “Xeybarşekan” ucuz, dəqiq və mobil raket sistemidir. Onun əsas üstünlüyü hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün müxtəlif uçuş trayektoriyaları, manevrlər və sürətlərdən istifadə etməsidir.
Məlumata əsasən, raket İranın hərbi arsenalında əsas vasitələrdən biri hesab olunur və ən azı 900 mil (təxminən 1450 kilometr) mənzilə malikdir.
ABŞ rəsmilərinin sözlərinə görə, son dövrdə İran bu raketlərdən ABŞ bazalarına qarşı mürəkkəb hücumlarda istifadə etməyə başlayıb.
Onlar bildiriblər ki, Tehranın raket zərbələri zamanı fərqli uçuş istiqamətləri, manevrlər və sürət kombinasiyalarından istifadə etməsi ABŞ-nin hava hücumundan müdafiə sistemlərinin işini çətinləşdirməyə yönəlib.
18:30 26.07.2026
Oxunuş sayı: 71