Rusiyada təbii fəlakət kabusa çevrildi: fövqəladə vəziyyət elan edilib
Rusiyanın Rostov vilayətində baş verən güclü təbiət hadisəsi nəticəsində 50-dən çox şəxs tibbi yardım üçün müraciət edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru məlumat verib.
Onun sözlərinə görə, zərərçəkənlərdən 10-dan çoxu xəstəxanaya yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilir.
Qubernator əlavə edib ki, vəziyyətlə əlaqədar Volqodonsk və Çertkovo rayonlarında fövqəladə vəziyyət rejimi elan olunub.
Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
16:52 26.07.2026
Oxunuş sayı: 76