Gürcüstandan humanitar addım: minlərlə ukraynalı dəstək alacaq
Gürcüstan Ukraynadan olan qaçqınlara göstərilən maliyyə dəstəyi proqramının müddətini uzadıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərara əsasən, ukraynalılara yardım proqramı 2026-cı il oktyabrın 1-dək qüvvədə qalacaq.
Bildirilib ki, proqram Ukraynada daimi yaşamaq hüququ olan, lakin müharibə səbəbindən Gürcüstana gələn şəxslərə də şamil olunur.
Yeni qərara əsasən, ailələr mənzil təminatı üçün aylıq 300 lari (təxminən 100 avro), hər bir yardım alan şəxs isə aylıq 45 lari (təxminən 15 avro) məbləğində dəstək almağa davam edəcək.
23:59 25.07.2026
Oxunuş sayı: 61