Ukrayna PUA-sı Yekaterinburqa hücum edib
Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Yekaterinburq şəhərinə hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
İlkin məlumata görə, hücumun hədəfi "Wildberries" şirkətinin logistika mərkəzi ola bilərdi. Lakin zərbə anbara deyil, onun yaxınlığında yerləşən obyektə dəyib.
Bildirilir ki, baş verən yanğın logistika kompleksinə keçməyib.
Hadisə ilə bağlı rəsmi qurumlar araşdırma aparır. Hazırda xəsarət alanlar barədə məlumat verilməyib.
11:01 25.07.2026
Oxunuş sayı: 54