Belqorod vilayəti PUA-ların kütləvi hücumuna məruz qalıb
Rusiyanın Belqorod vilayəti pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvayev bu barədə məlumat yayıb.
Şuvayev bildirib ki, hücum nəticəsində küçələrdə dağıntılar və yanğınlar baş verib. Hazırda yanğınsöndürmə briqadaları alovun söndürülməsi istiqamətində iş aparır.
O, xəsarət alanların sayını açıqlamayıb, lakin yaralıların xəstəxanalara çatdırıldığını qeyd edib.
10:41 25.07.2026
Oxunuş sayı: 51