Zelenski SSRİ-ni milli kimliyi məhv etməkdə ittiham edib
Ukrayna Prezidenti Volodimir Zelenski Sovet İttifaqını onilliklər ərzində milli kimliyi, dili və ənənələri məhv etməyə yönəlmiş siyasət yürütməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Sovet İttifaqı işğal etdiyi ərazilərdə milli dəyərlərin sistemli şəkildə sıradan çıxarılmasına çalışıb.
"Onlar əraziləri işğal etdilər, ənənələri məhv etdilər və kilsələri dağıtdılar. Onlar 70 il ərzində dini, ənənələri və dili məhv edirdilər", – deyə Ukrayna Prezidenti bildirib.
09:16 25.07.2026
Oxunuş sayı: 60