WB anbarlarındakı hücum erməni biznesini çökdürür
Rusiyada Wildberries anbarlarına edilən hücumlardan sonra marketpleysdə fəaliyyət göstərən Ermənistan şirkətləri ciddi zərərə məruz qaldıqlarını bildirirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İlkin hesablamalara görə, platformada təxminən 3 min Ermənistan şirkəti təmsil olunur və onların hamısının yanan anbarlarda məhsulları olub. Bildirilir ki, şirkət rəhbərliyi ilk kompensasiyaları erməni satıcılara ödəsə də, bu məbləğ dəymiş zərəri qarşılamır.
Kosmetik salfetlər və simsiz qulaqlıqlar satan sahibkar David Akopyan bildirib ki, 10 min dollardan çox zərər görməsinə baxmayaraq, ona cəmi 300 dollar kompensasiya ödənilib. O, ödənişlərin mərhələli şəkildə davam edəcəyinə və zərərin qarşılanacağına ümid etdiyini, əks halda bir çox mağazanın işçi sayını azaltmaq və ya fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağını deyib.
Digər satıcı Unan Vantsyan isə əsas problemin məlumat çatışmazlığı olduğunu vurğulayıb. Onun sözlərinə görə, həm yanan anbarlarda məhsulu olan, həm də mallarını öz anbarlarından göndərən satıcılar məhsullarının taleyi barədə dəqiq məlumat ala bilmirlər. Bu isə dəymiş zərərin hesablanmasını və hansı məhsulların məhv olduğunu, hansılarının yolda və ya təhlükəsiz vəziyyətdə qaldığını müəyyənləşdirməyi çətinləşdirir.
23:56 24.07.2026
Oxunuş sayı: 53