Həyat yoldaşımın ad günü idi… – hücumun acı nəticəsi
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində Rusiya qüvvələrinin aviazərbə endirdiyi bildirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Donetsk vilayəti hərbi administrasiyasının məlumatına görə, hücum nəticəsində 5 nəfər həlak olub, daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilib ki, zərbə nəticəsində şəhərin mülki infrastrukturu, o cümlədən tikinti materiallarının satıldığı ticarət obyekti zədələnib.
Hadisə şahidlərindən biri bildirib ki, hücum zamanı həyat yoldaşı həlak olub, onun bu gün 50 yaşı tamam olmalı idi. Şahidin sözlərinə görə, qayınanası və qızı xəstəxanaya yerləşdirilib.
Rusiya və Ukrayna tərəfləri hadisə ilə bağlı fərqli mövqelər səsləndirirlər.
22:20 24.07.2026
Oxunuş sayı: 58