Tramp: Si Cinpin və Putin məni İrana silah tədarük etməyəcəklərinə əmin ediblər
ABŞ lideri Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin İrana silah tədarükü ilə bağlı planlarının olmadığını ona bildiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, Si Cinpin Pekində keçirilən görüş zamanı nə Çinin, nə də Çin şirkətlərinin Tehrana silah satmayacağını deyib.
ABŞ lideri iddia edib ki, oxşar vədi Rusiya Prezidenti Vladimir Putin də verib. Tramp bu açıqlamanı hansı şəraitdə aldığını açıqlamayıb.
21:32 24.07.2026
Oxunuş sayı: 57