Çin raketinə ildırım da təsir etmədi
Çinin “Çançjen-3B” raketi buraxılış zamanı ildırımın təsirinə məruz qalıb.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Hadisə start prosesini müşayiət edən görüntülərdə də əks olunub.
Kosmonavtika tarixçisi Aleksandr Jeleznyakov bildirib ki, ildırımın raketə düşməsi ciddi təhlükə yaratmır. Onun sözlərinə görə, elektrik yükü raketin gövdəsi boyunca axaraq kənarlaşdırılır və bu səbəbdən belə hallar adətən uçuşun təhlükəsizliyinə ciddi təsir göstərmir.
18:10 24.07.2026
Oxunuş sayı: 61