Peskov: ABŞ Ukraynanı silahlandırmaqda davam edir
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ-nin Ukraynaya silah tədarükünü davam etdirməsini nəzərə alır.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Peskov bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.
O qeyd edib ki, Rusiya ABŞ-nin Ukraynanı silahla təmin etməyə davam etməsini diqqətlə izləyir və bunu mövcud vəziyyətin mühüm amillərindən biri kimi qiymətləndirir.
15:36 24.07.2026
Oxunuş sayı: 49