Lavrov: Putinin qarşıya qoyduğu vəzifələr yerinə yetiriləcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskada keçirilməsi planlaşdırılan görüşlə bağlı danışarkən Rusiyanın danışıqlara hazır olduğunu və Prezident Vladimir Putinin müəyyən etdiyi hədəflərdən geri çəkilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
"Bizim vicdanımız təmizdir. Necə deyərlər, söz verdiksə, yerinə yetirdik. Biz dedik ki, hazırıq. Qarşı tərəfdə isə bu yanaşma, görünür, Marko Rubionun dediyi kimi dəyişdirilib", – deyə Lavrov bildirib.
O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda müəyyən etdiyi məqsədlər, onun dəfələrlə bəyan etdiyi kimi, yerinə yetiriləcək.
14:04 24.07.2026
Oxunuş sayı: 54