Lavrov: Rusiya Ukraynada siyasi-diplomatik həll yolundan imtina etməyib
Rusiya Ukraynadakı münaqişənin siyasi və diplomatik yolla həllindən imtina etməyib.
Crossmedia.az xəbər verir ki, ''TASS'' bu barədə məlumat yayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukrayna məsələsinin siyasi-diplomatik yolla tənzimlənməsi imkanını rədd etmir.
Lavrovun sözlərinə görə, Rusiya münaqişənin həlli üçün diplomatik vasitələrdən istifadəyə açıq mövqedə qalır.
Qeyd edək ki, Ukraynadakı vəziyyətin həlli ilə bağlı beynəlxalq səviyyədə danışıqlar və müxtəlif təşəbbüslər davam edir.
13:47 24.07.2026
Oxunuş sayı: 50