Lavrov: Zelenskinin silahla dəstəklənməsi ABŞ təkliflərini rədd etməsinə səbəb olur
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodmir Zelenskinin ABŞ-nin Ukrayna ilə bağlı təkliflərinə “təkəbbürlü şəkildə” yanaşmasının səbəbini silah dəstəyi ilə əlaqələndirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Lavrovun sözlərinə görə, Ukraynaya silah tədarükünün artırılması Kiyev rəhbərliyinin mövqeyinə təsir göstərir. O bildirib ki, bu dəstəyin mühüm hissəsini Vaşinqton təmin edir.
Rusiya xarici işlər naziri qeyd edib ki, ABŞ Ukraynaya göstərilən hərbi dəstəkdə əsas tərəflərdən biridir.
13:39 24.07.2026
Oxunuş sayı: 45