İsrail və ABŞ kəşfiyyatı İranın yeraltı hava bazasını aşkarlayıb
İsrail və ABŞ kəşfiyyat xidmətlərinin İranın İsfahan şəhəri yaxınlığında yerləşən yeni yeraltı hərbi hava bazasını müəyyən etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, İsrail KİV-ləri bu barədə məlumat yayıb.
Obyektin yerin təxminən 80 metr dərinliyində yerləşdiyi iddia olunur.
Məlumata görə, yeraltı bazada İran Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif aviasiya vasitələri, o cümlədən Yak təyyarələri, F-5 və MiQ qırıcıları, eləcə də “Şahed”, “Karrar” və “Mohajer” pilotsuz uçuş aparatlarının saxlanıldığı bildirilib.
İddialara əsasən, strateji obyektin tikintisi təxminən 7 il davam edib. Yeraltı yerləşmə bazanı mümkün hava hücumlarından qorumaq və hərbi texnikanın təhlükəsizliyini artırmaq məqsədi daşıyır.
İran tərəfi ilə bağlı bu iddialara dair rəsmi açıqlama verilməyib.
13:04 24.07.2026
Oxunuş sayı: 51